7 Sentyabr 2023 09:40
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Barlı kənd sakini Rafiq Mirişov şübhəli şəxs kimi saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindən R.Mirişov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 35 kiloqramdan artıq quru və yaş halda çətənə (kannabis) kolları aşkar edilib.

Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Rafiq Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov