10 Sentyabr 2023 11:07
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onsəkkizmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 82m² olan mənzilin mətbəxində 1 ədəd aspirator, 1p.m mətbəx mebeli yanıb, mənzil yanğından mühafizə edilib.

Yanğın zamanı mənzildə təhlükəli vəziyyətdə qalmış 2010-cu il təvəllüdlü A.Nurullayeva avtonərdivan vasitəsilə xilas olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər