18 Sentyabr 2023 12:04
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri birgə tədbirlər zamanı rayonun müxtəlif ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə 4 bələdiyyə sədri, eləcə də 1 obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Hacı

Oxşar xəbərlər