1 Oktyabr 2023 10:41
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 360 m² olan birmərtəbəli soyuducu təmiri sexində sahəsi 20 m² olan mətbəx və ofis otağının yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən sexin içərisində hər birinin həcmi 5 litr olan 3 ədəd freon, 1 ədəd həcmi 20 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər