Türkiyədə Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayışı törədən terrorçulardan biri özünü də partladib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.
Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilib. Bir çox məntəqələrə gedən yol bağlanıb.