Oktyabrın 2-də saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Abşeron rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun birgə yaşadıqları mənzildə arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovaya ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
***
15.28
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.