23 Oktyabr 2023 15:51
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax Peşə liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, Xudaverdi Xudaverdiyevin rəhbərlik etdiyi liseydə aparılan audit yoxlama zamanı ciddi pozuntular aşkarlandığına görə vəzifəsindən kənarlaşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər