29 Oktyabr 2023 22:12
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.

Rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü Tağızadə M.V. oğlu səhvən mal dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü Hüseynov İ.R. oğlu isə səhvən Naftalan yağı içərək zəhərlənib.

Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər