Oktyabrın 29-da saat 15 radələrində Xırdalan şəhəri ərazisində “TOFAŞ” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Araşdırmalarla sürücü, Abşeron rayon sakini Cavid Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edildiyindən barəsində inzibati protokol tərtib edilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan 14 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.