14 Noyabr 2023 10:02
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan cüzdanını talaması barədə polisə məlumat daxil olub.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov