27 Noyabr 2023 08:15
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

Teleqraf.com xəbər verir ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib.

Küləkli hava şəraiti yanğını daha da genişləndirib.

Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər