3 Dekabr 2023 19:53
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü Əzizzadə Binyamin Niyazi oğluna məxsus “Mercedes” markalı minik maşınının mühərrik hissəsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb və digər əraziyə yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər