3 Dekabr 2023 22:34
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunun Tanrıqullar kəndində baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində iki minik avtomobil toqquşub.

Qəzada 1982-ci il təvəllüdlü V. Hüseynov, 1987-ci il təvəllüdlü T. Əliyev, 1987-ci il təvəllüdlü R. Şaqavatov və həmçinin onun həyat yoldaşı xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər