5 Dekabr 2023 19:12
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Şamaxı və İsmayıllı rayonlarında da bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində Şamaxı rayon sakini tapdığı, İsmayıllı rayon sakini isə qanunsuz olaraq özündə saxladığı ov tüfəngini könüllü olaraq ərazi polis şöbələrinə təhvil veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər