6 Dekabr 2023 09:55
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 10.500 manat və eyni məbləğdə qızıl-zinət əşyaları oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri S.Orucov, əvvəllər məhkum olunmuşlar T.Hacıyev və R.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər