6 Dekabr 2023 23:12
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda piyada ölümü ilə nəticələnən qəza olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi 90-ZX-570 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili ilə yolu keçmək istəyən Ağdam rayon sakini Asəf Verdiyevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asəf Verdiyev hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər