Bakının Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.