10 Dekabr 2023 10:07
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinalı hakim Remihio Armoa Misiones əyalətində gənclər arasında keçirilən matç zamanı futbolçunu bıçaqlayıb.

Teleqraf.com xəbər verir ki, oyunçuların hakimi mühasirəyə almasından sonra dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.

İdmançı huşunu itirib və komanda yoldaşları tərəfindən meydandan çıxarılıb. Hazırda yaralının həyati təhlükəsi yoxdur.

Referi qaçmağa cəhd etsə də, yerli polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər