10 Dekabr 2023 18:20
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirili, oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər də məsuliyyətə cəlb olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər