10 Dekabr 2023 23:42
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunun Çinartala kəndi ərazisində velosipedçini avtomobil vurub.

Teleqraf.com xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan KAMAZ markalı yük avtomobili velosipedçi 74 yaşlı Mirzəyev Sədyar Qaraxan oğlunu vurub. Nəticədə S.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda fakt araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər