Abşeronda rayonunda ustanın ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.
1960-cı il təvəllüdlü Füzuli Həsənov işlədiyi binanın 7-ci mərtəbəsindən yük qaldırıcı qurğu ilə aşağı düşərkən yıxılıb.
O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Füzuli Həsənovun həmin binada kafel-metlax ustası kimi fəaliyyət göstərdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.