11 Dekabr 2023 09:49
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ostorahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin yaydığı digər bir məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Məlumata görə, dekabrın 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 3 ədəd patron darağı, 66 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 5 tüfəng götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər