Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib.
Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı "AK-74" markalı avtomat, 2 ədəd avtomat sandığı və 36 ədəd patron müvafiq qaydada götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.