19 Dekabr 2023 11:38
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xuliqanlıq niyyətilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Şirvan şəhər prokurluğundan bildirilib.

Cari il sentyabrın 4-də Şirvan şəhəri ərazisində 1963-cü il təvəllüdlü Yavər Bağırovun qəsdən öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqla 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər