7 Yanvar 10:37
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarının yanvarın 6-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 56,6 kiloqramdan çox narkotik vasitə və 700 ədəd metadon həbi aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqram 282 qram heroin, 51 kiloqram 357 qram marixuana, 1,8 kiloqram tiryək, 1,2 kiloqram metamfetamin, həmçinin 700 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər