8 Yanvar 09:28
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanıb.

Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat zamanı isə rayon sakini İ.Əlizadə saxlanılıb.

Həmin şəxsdən 450 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov