Yanvarın 10-da saat 23 radələrində Mehdiabad qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Novruzov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.