Dövlət Yol Polisinin bütün şəxsi heyəti respublika ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
Baş Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə ərazisində ağır, yaxud ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmayıb.