18 Yanvar 17:24
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Abşeron rayon prokurorluğundan bildirilib.

Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

***

15.48

Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bildirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülüb. Cinayəti törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər