Göygöldə iki nəfər dəm qazından boğulub.
Teleqraf.com xəbər verir ki, hadisə Göygöl şəhərin Rövşən Nəsibov küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən mənzildə 90 yaşlı Minayə Məmmədovanın və onun qızı 57 yaşlı Aygün Məmnədovanın meyitləri aşkarlanıb. İlkin məlumata görə, ana və qızı dəm qazından zəhərlənərək ölüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub