28 Yanvar 21:12
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə 29 yaşlı kişi göldə boğulub.

Teleqraf.com xəbər verir ki, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Göldə boğulan şəxs Elşad Astanov azərbaycanlı iş adamı, “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin keçmiş rəisi, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri olan Şükür Astanovun oğludur.

Qeyd edək ki, biznesmen kimi fəaliyyət göstərən Elşad Astanov “Orion-E” MMC-nin təsisçisi olub. O, 2 gün əvvəl doğum gününü qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər