11 Fevral 23:06
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yolu keçən piyada 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər