ABŞ Prezidenti Barak Obama Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Əbdül Əzizlə görüşmək üçün bu ölkəyə səfər edəcək.
Bu barədə açıqlama verən Ağ Ev bazar günü Hindistana üç günlük rəsmi səfər planşaldıran Obamanın səfəri qısa müddət ərzində yekunlaşdırıb Səudiyyə Ərəbistanına yollanacağını bildirib.
Fransa prezidenti Fransua Olland, İngiltərə Baş naziri Devid Kameron və ABŞ-ın vitse-prezidenti CO Bayden də Ərəbistana gedənlər arasında olacaq.
İrandan isə Xarici İşlər naziri Cavad Zərifin Ər Riyada gedəcəyi açıqlanıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Kralı Abdullah sətəlcəm xəstəliyindən əziyyət çəkirdi və cümə axşamı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.\Axar.az\