Xankəndi şəhəri ərazisində silah-sursat aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 12-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd müxtəlif markalı tüfəng, 3 tapança, 10 ədəd qumbara, 2 qumbara alışdırıcısı, 59 ədəd patron darağı, 1381 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.