21 Fevral 20:52
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada “Qazel” qatarla toqquşub.

Teleqraf.com xəbər verir ki, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “Qazel” markalı yük yaşınını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb.

E.Abbasova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər