23 Fevral 10:10
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar.

Bundan başqa, fevralın 15-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Tariel Məmmədov isə 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən motosikletlə saxlanılıb.

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.


Müəllif: Hacı Zeynalov