25 Fevral 15:14
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mercedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər