26 Fevral 09:38
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi şənbə və bazar günləri baş verən cinayət fakarları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 82, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

Bui=ndan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Fevralın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 15 ədəd müxtəlif markalı tüfəng, 9 patron darağı və 293 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Fevralın 24-də və 25-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 2 tapança, 2 patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqrama yaxın heroin, 41,6 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq tiryək və metamfetamin, həmçinin 240 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər