29 Fevral 12:30
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri,Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb.

Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Həmin şəxslər istinataqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan Muxtar Respublikanın Daxili İşlər Nazrliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır.

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər