Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Ali Palatası bu gün Strasburqda “Perinçek İsveçrəyə qarşı” işinə baxacaq.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məhkəmədə Türkiyə İşçi partiyasının lideri Doğu Perinçek "Erməni soyqırımı beynəlxalq yalandır" sözlərinə görə ittiham olunur.
Sözügedən prosesində bu dəfə Ermənistanı beynəlxalq nüfuza malik vəkil Amal Kluni təmsil edəcək.
Məsələnin ciddiliyini nəzərə alan Türkiyə hökuməti Perinçəkin ölkədən çıxışına tətbiq edilən qadağanı aradan qaldırıb. Türkiyədən 200 nəfərlik nümayəndə heyəti Strasburqa gedib.
Ermənistan tərəfindən isə ölkənin baş prokuroru Qevorq Kostanyan məhkəmə prosesində iştirak edəcək.
Qeyd edək ki, məsələ ilə bağlı 2008-ci ildə baş tutan ilk məhkəmə prosesində Perinçekin həmin sözlərinə görə təzminat ödəməsi barədə qərar çıxarılıb. 2013-cü il dekbarın 17-də baş tutan növbəti məhkəmə prosesində Perinçek qalib gəlib. Bundan sonra İsveçrə hökuməti kassasiya şikayəti verib.
Samir