28 Yanvar 2015 16:38
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Azərbaycana daha çox diqqət ayırmalıdır, çünki bu ölkə Birləşmiş Ştratların strateji tərəfdaşıdır".

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Tallindəki Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza deyib.

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda daha səmərəli rol oynamalıdır: "Xüsusilə də danışıqlar prosesi və beynəlxalq prinsiplər əsasında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından effektiv rol oynamalıdır".


Müəllif:

Oxşar xəbərlər