25 May 22:41
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Sumqayıt şəhərində ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli evin yaxınlığında sahəsi 100 m² olan birmərtəbəli yay mətbəxində 2 p.m mebel, 4 ədəd məişət avadanlığı və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Mətbəxin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər