26 May 00:45
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 4 gəmi İsrail sahillərində qayalara çırpılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

Dörd gəminin hamısı estakadadan qopub, onlardan ikisi Aşkelon yaxınlığında sahilə çıxıb.

Bu gəmilər Qəzza zolağına humanitar yardım göstərmək missiyasında iştirak edirlər. Bu məqsədlə əlverişsiz hava şəraitinə baxmayaraq fəaliyyətini davam etdirən müvəqqəti liman tikilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər