28 May 00:10
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçinin cəsədi sudan çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Eyvazovun cəsədi Samur-Dəvəçi-Abşeron su kanalından tapılaraq çıxarılıb.

Hərbçinin cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər