Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, iyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.
TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.