Türkiyədə Əbdülbaki Durmazı öldürən şəxs həbs edilib.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, həbs edilən şəxs restoranda yemək yeyərkən saxlanılıb.
Polis qətli törətməkdə şübhəli bilinən şəxsin hadisə yerindən qaçdığı taksinin sürücüsünə zəng edərək şübhəlini hara buraxdığını soruşub. Taksi sürücüsü şübhəlini yaxın bir əraziyə apardığını deyib.
Daha sonra araşdırmalar nəticəsində qatilin taksi sürücüsünün qardaşı olduğu aydın olub.
Araşdırma nəticəsində cinayətin qan davası səbəbindən baş verdiyi açıqlanıb.
Öldürülən Əbdülbaki Durmazın mənsub olduğu aşirət 2023-cü ildə qətli törətməkdə şübhəli bilinən şəxslərin atasını öldürdüyü müəyyən olunub.