10 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Çakıroğlu ailəsi 4 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayıb. Azyaşlı valideynləri yuxuda olarkən mənzilin terasına çıxaraq yıxılıb.
Hadisə ilə bağlı polis araşdırma aparır.