15 İyun 14:47
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 14 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial mediada paylaşım edib.

O, 8-ci sinif şagirdinin 23 yaşlı oğlanla nişanlandığını və toy mərasiminin keçiriləcəyini yazıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Teleqraf.com-a açıqlamasında bildirib ki, Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı onun valideynləri polis idarəsinə dəvət olunub.

“Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Hər iki şxsin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib”, - qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər