Havada olan təyyarənin mühərriki yanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Malayziya Hava Yollarına məxsus "Boeing 737" tipli təyyarədə baş verib.
Raciv Qandi Beynəlxalq Hava Limanından Malayziyanın paytaxtı Kuala-Lumpur istiqamətində hərəkət edən sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mühərrikində yanğın baş verib. Bildirilir ki, təyyarə Hindistanda eniş etməyə məcbur olub.
Malayziya Hava Yolları tərəfindən edilən açıqlamada hadisənin araşdırıldığı qeyd edilib.