Dağıstan küçələrində hərbi texnika görünüb.
Teleqraf.com xəbər verir ki, bu barədə RT öz teleqram kanalında məlumat yayıb.
Nəşrin məlumatına görə, Dərbənd və Mahaçqalada zirehli texnikalar görünüb. Hadisə şahidlərinin sözlərinə görə, Dərbənddə hərbi texnika toqquşmaların baş verdiyi yerə, şəhərin mərkəzi meydanına doğru irəliləyir.
Bundan əvvəl Daxili İşlər Nazirliyinin Dağıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva Dərbənddə atışmaların yenidən başladığını açıqlamışdı.